Cari mövsümdə UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsində ən çox qazanc əldə edən klubların adları açıqlanıb.
Siyahıya İspaniyanın “Real” klubu başçılıq edir.
Madrid təmsilçisinin qrup mərhələsindəki gəliri 79,89 milyon avro olub. Bunun 15,6 milyonu qrupda iştiraka görə verilib. “Kral klubu” hər qələbəyə görə 2,8 milyon, pley-offa vəsiqəyə görə isə 9,8 milyon avro alıb. Son 10 ildə Çempionlar Liqasındakı çıxışa əsasən hesablanan əmsallardan asılı olaraq, bonus kimi daha 36,4 milyon avro büdcəyə köçürüləcək. Digər gəlirlər isə ümumi bonuslar hesab olunur.
ÇL-in qrupunda ən çox qazanc əldə edən 10 klubun siyahısı:
1. “Real” (İspaniya) – 79,89 milyon avro
2. “Bavariya” (Almaniya) – 76,64 milyon
3. “Mançester Siti” (İngiltərə) – 76,48 milyon
4. “Barselona” (İspaniya) – 71,53 milyon
5. “Atletiko” (İspaniya) – 71,11 milyon
6. PSJ (Fransa) – 63,89 milyon
7. “Portu” (Portuqaliya) – 63,57 milyon
8. “Borussiya” (Dortmund, Almaniya) – 63,52 milyon
9. “Arsenal” (İngiltərə) – 63,36 milyon
10. “Napoli” (İtaliya) – 58,04 milyon
Mənbə: AS nəşri
www.102info.az