Honkonq Universitetinin həkimləri dünyada ilk dəfə ölümcül qaraciyər xərçəngi olan xəstəni xilas ediblər.
Məlumata görə, kişiyə 2022-ci ilin noyabrında bu xəstəliyin sonuncu, dördüncü mərhələsi diaqnozu qoyulub. Onun qaraciyərində 18,2 santimetr ölçüdə şiş aşkarlanıb və metastazlar artıq yaxınlıqdakı damarlara nüfuz edib. Bundan əlavə, kəskin sirroza görə ona mütəmadi olaraq xəstəxanaya müraciət etmək də tapşırılıb.
Əvvəlcə həkimlər şişi əməliyyat edilə bilən ölçüyə qədər azaltmaq üçün altı ay müddətində terapiya aparıblar, sonra venoz damarlarda yaratdığı qan laxtalarının qarşısını alıblar. Avqust ayında isə oğlunun qaraciyərinin bir hissəsinin transplantasiyası uğurla həyata keçirilib.
Tibb müəssisəsində uzun sürən müşahidədən sonra kişi evə buraxılıb. Hazırda onun birinci mərhələyə aid olan 1,5 santimetr ölçüsündə şişi hələ də var və analizlər göstərir ki, yeni xərçəng hüceyrələrinin əmələ gəlməsi prosesi yoxdur.
Qeyd edək ki, bu hadisə nəticəsində dünyada ilk dəfə olaraq şiş kiçilməsi və transplantasiya yolu ilə inkişaf etmiş qaraciyər xərçənginin uğurlu müalicəsi həyata keçirilib.
Mənbə: TASS
www.102info.az