Baydendən İsrailə tövsiyə: “HƏMAS-ın arxasınca getməyə davam etsinlər, amma…”

Dünya


ABŞ Prezidenti Co Bayden mülki şəxslərlə bağlı İsrailə tövsiyə verib.

Bayden Merilend əyalətində qatıldığı iclas zamanı jurnalistin İsrail-Fələstin məsələsi ilə bağlı sualını cavablandırıb.

“İsrailin Yeni ilə qədər müharibə intensivliyini azaltmalı olduğunu düşünürsünüzmü?” – deyə jurnalist sual verib.

“İsraildən mülki şəxslərin həyatlarını necə xilas edə biləcəklərinə diqqətlərini yönəltmələrini istəyirəm. HƏMAS-ın arxasınca getməyə davam etsinlər, amma mülki şəxslərlə bağlı daha diqqətli olsunlar”, – deyə ABŞ prezidenti qeyd edib.

Xatırladaq ki, Co Bayden əvvəlki gün verdiyi açıqlamada, İsrailin Qəzzada bombardmanları səbəbi ilə dünyada dəstəyini itirməyə başladığını və Baş nazir Benyamin Netanyahunun məsələnin uzunmüddətli həlli üçün hökumətini dəyişməli olduğunu bildirib.

Mənbə: Anadolu

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir