Türkiyə dəmiryolu şəbəkəsi Zəngəzura qədər uzanacaq

Dünya


Türkiyə dəmiryolu şəbəkəsi Zəngəzura qədər uzanacaq.

Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilir ki, yeni xətlər təkcə şəhərləri deyil, həm də bölgələri və limanları birləşdirəcək, yük və sərnişin daşımalarına böyük töhfə verəcək.

Bu çərçivədə layihələrdən biri olan Qars-İğdır-Aralık-Dilucu (Zəngəzur) dəmir yolu xətti böyük strateji əhəmiyyət kəsb edir.

“Xəttin uzunluğu 224 kilometr olacaq. Marşrut üzrə 5 stansiyanın quraşdırılması planlaşdırılır. Saatda 160 kilometr/saat sürətlə hərəkəti nəzərdə tutulan xətdə il ərzində 5,5 milyon sərnişinin və 2 milyon ton yükün daşınması nəzərdə tutulub”, – deyə məlumatda vurğulanıb.

Mənbə: TRT Haber

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir