Türkiyə milli komandasının futbolçusu Yusuf Yazıcının evində oğurluq olub.
UEFA Avropa Konfrans Liqasında keçirilən “Lill” – “Klaksvik” matçı əsnasında milli futbolçunun evi oğrular tərəfindən qarət edilib.
Yusuf Yazıcının lüks saatları, paltarları və dəyərli əşyaları oğurlanıb.
Xatırladaq ki, 31 dekabr 2019-cu ildə də futbolçunun başına eyni hadisə gəlib. Evinə girən oğrular qiymətli əşyalarla yanaşı Yusifin avtomobilini də oğurlayıblar.
Qeyd edək ki, qarşılaşmaya ilk 11-lik heyətdə çıxan türkiyəli futbolçu 29-cu dəqiqədə penaltidən vurduğu qolla komandasını 1-0 önə keçirib.
Futbola “Trabzonspor”da başlayan və oradan A milli komandasına yüksələn Yusuf Yazıcı 2019-cu ilin yayında 18,5 milyon avro qarşılığında “Lill”ə transfer olunub. 2021/2022 mövsümündə Moskva SSKA klubuna icarəyə verilən təcrübəli orta sahə oyunçusu son mövsümü icarə əsasında “Trabzonspor”da keçirib.
Bu mövsüm “Lill”də bütün yarışlarda 21 matça çıxan Yusuf Yazıcı 7 qol və bir məhsuldar ötürmə ilə komandasının ən çox qol vuran oyunçusudur.





Mənbə: Haber Global
www.102info.az