İranda “Mossad casusu” edam edilib

Dünya


İranın məhkəmə sistemi Sistan və Bəlucistan əyalətində “Mossad” ilə əməkdaşlıq edən “sionist rejimin casusu”nun edam edildiyini açıqlayıb.

Məlumata görə, “casus” xarici kəşfiyyat agentliklərinə, o cümlədən “Mossad”a ötürmək üçün məxfi məlumatlar toplayıb.

Bu işin bütün detalları öyrənildikdən sonra “İsrail casusu” edam cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin vəkilləri İranın Ali Məhkəməsinə apellyasiya şikayəti veriblər, məhkəmə apellyasiya şikayətini təmin etməyib və hökmü təsdiqləyib.

Mənbə: newsru.co.il

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir