Azərbaycan futzal millisinin heyətində dəyişiklik edilib

Dünya


DÇ-2024-ün elit raundunda Niderlandla qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Oxu.Az xəbər verir ki, Emil Həsənzadə və Rumıniya ilə görüşdə (5:5) zədələnən Amadeu səfərə aparılmayacaq.

Baş məşqçi Vitali Borisov onların əvəzində “Neftçi”dən Mirzə Əmirov və karyerasını Belçikanın RSCA klubunda davam etdirən Eduardo Borgesə dəvət göndərib.

Millinin Niderlandla oyun üçün heyəti belədir: Rövşən Hüseynli, Emin Kürdov, Ülvi Əliyev, Rafael Vilela, Nihad İsmayılov, Eduardo Borges, Fərid Atakişiyev, Xəzər Ağalızadə, Novruz Kazıxanov, Amir Sojaei, Oktay Rüstəmli, Hadi Ahmadi, Tofiq Mikayılov, Mirzə Əmirov.

Qeyd edək ki, Niderland – Azərbaycan oyunu dekabrın 20-də keçiriləcək. Yığmamız son tur ərəfəsində 4 xalla A qrupunda axırıncı pillədə qərarlaşıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir