İsrail və HƏMAS Qəzzada atəşkəsi bərpa etməyə hazırdır

Dünya


İsrail və Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsi bərpa etməyə hazırdırlar.

Bu barədə Misir təhlükəsizlik güclərindəki mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Onların sözlərinə görə, sövdələşmənin detalları ilə bağlı tərəflər arasında fikir ayrılığı qalmaqdadır.

Öz növbəsində İsrail HƏMAS-ın məhbusların siyahısını tərtib edəcəyi ilə razılaşıb, həmçinin mümkün atəşkəsin vaxtını və müddətini hesablamaq üçün azadetmə cədvəlini və siyahının özünü tələb edib.

Məlumatda qeyd olunur ki, bununla belə, İsrail tərəfi qüvvələrini geri çəkməkdən imtina edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir