Qəzza zolağında indiyə qədər israilli hərbçilər tərəfindən tapılan HƏMAS-ın ən böyük tuneli aşkar edilib.
Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) Mətbuat Xidməti məlumat yayıb.
“SAXAL Qəzza zolağında “Erez” nəzarət-keçid məntəqəsindən 400 metr aralıda tapılan HƏMAS-ın ən böyük tuneli haqqında məlumatı açıqlayır. Bu indiyə qədər Qəzza zolağının şimalında aşkar edilmiş ən böyük terror tunelidir”, – deyə məlumatda bildirilir.
Həmçinin hərbçilər qeyd ediblər ki, kəşfiyyat əməliyyatı nəticəsində hazırda tuneldə maksimum dərinliyi 50 m-ə çatan tunel marşrutunun 4 km-dən çoxu aşkar edilib.
Mənbə: TASS
www.102info.az