Argentinada tüğyan edən fırtınalı hava paytaxt Buenos-Ayresdə sərnişin təyyarəsini yerindən tərpədib. Sürəti 140 km/saatı keçən güclü qasırğa “Aerolíneas Argentinas” şirkətinin təyyarəsini az qala 90 dərəcə döndərib və nəticədə təyyarə pilləkəni itələyərək yerə salıb.
Bununla bağlı yerli mətbuatda videogörüntülər yayılıb.
Paylaşılan videoda sərnişinlər və yüklə birlikdə çəkisi onlarla ton təşkil edən təyyarəni güclü küləyin necə hərəkət etdirdiyi əks olunub.
Fırtına səbəbindən Uşuayya, El-Kalafate, Mendosa, San-Karlos-de-Bariloçe, Jujuy və Puerto-İquasu kimi bir çox hava limanında uçuşlar ləğv edilib.
Mənbə: regnum.ru
www.102info.az