Aİ Macarıstanı səsvermə hüququndan məhrum edə bilər

Dünya


Avropa İttifaqına (Aİ) üzv ölkələr Ukraynaya maliyyə vəsaitinin ayrılması ilə əlaqədar sazişin bağlanması üçün Macarıstanın səsvermə hüququndan məhrum edilməsi imkanını nəzərdən keçirirlər.

Bu barədə “Financial Times” avropalı diplomatlara istinadən məlumat yayıb.

Onların fikrincə, Aİ 2007-ci ildə Aİ haqqında Müqavilənin 7-ci maddəsini tətbiq edə bilər ki, bu da Avropa qanunvericiliyini pozduğuna görə ölkəni səsvermə hüququndan məhrum etmək imkan verir. Bu proses istənilən Aİ üzvü tərəfindən əngəllənə bilər, lakin Polşada keçirilən son seçkidən sonra Aİ-də Macarıstanın zəmanətli müdafiəçisinin qalmadığı düşünülür.

Buna baxmayaraq, ittifaqın bəzi üzvləri Budapeştə məhdudiyyətlər tətbiq etmək fikrindən ehtiyatlanırlar. Əvəzində onlar Ukraynaya vəsaitin ayrılması ilə bağlı fikrini dəyişməsi üçün Macarıstanın Baş naziri Viktor Orbana ölkənin Aİ daxilində təcrid olunmasının “real qiymətini” nümayiş etdirmək niyyətindədirlər.

Qəzet yazır ki, bu taktika işə yaramasa, birliyin 26 ölkəsi Macarıstanın iştirakı olmadan Kiyevə yardım haqqında saziş bağlaya bilər, lakin bu, daha çox vaxt aparacaq və yalnız müvəqqəti həll yolu olacaq.

“Ola bilsin ki, Macarıstan daha çox problem yaradacaq. Ola bilsin ki, Macarıstan bizi başqa vasitələrdən istifadə etməyə məcbur edəcək. Amma sonda Macarıstan Ukraynanı maliyyələşdirməmizə mane ola bilməyəcək”, – deyə nəşrin həmsöhbətlərindən biri yekunlaşdırıb.

Xatırladaq ki, Macarıstanın Baş naziri Viktor Orban veto qoyduğu üçün Avropa İttifaqı sammiti növbəti dörd il ərzində Ukraynaya 50 milyard avroluq büdcə yardımı proqramını təsdiq edə bilməyib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir