Ukraynada qadınlar rəsmən orduya cəlb oluna bilərlər

Dünya


Ukrayna Ali Radasında səfərbərliklə bağlı yeni qanun layihəsi hazırlanıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Ali Radanın hakim “Xalqın xidmətçisi” partiyasından deputatı, Milli təhlükəsizlik və müdafiə komitəsinin üzvü Mariyana Bezuqla bildirib.

Qanun layihəsində müharibə şəraitində ordunun güclənməsi ilə bağlı bir sıra yeniliklərin olduğunu deyən M.Bezuqla qeyd edib ki, yeni layihə döyüşlərə səfərbərlik yaşını 27-dən 25-ə endirir, eyni zamanda qadınlar üçün də hərbi mükəlləfiyyət müəyyənləşdirir. “Yeni layihədə qadınlar Müdafiə Nazirliyinin müəyyən etdiyi qaydada hərbi qeydiyyata düşürlər, ilkin hərbi hazırlığa cəlb edilir və hərbi əməliyyatlar üçün nəzərdə tutulurlar”, – deyə deputat əlavə edib.

O, həmçinin bildirib ki, yeni qanun layihəsində uzun müddət döyüşənlər üçün də fasilə müddəti nəzərdə tutulub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir