ABŞ müdafiə naziri Lloyd Ostin İsrail rəhbərliyi ilə görüşmək üçün Təl-Əvivə səfər edib.
Bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Pentaqon rəhbəri qeyd edib ki, israilli həmkarı Yoav Qalant, həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu və hərbi kabinetlə görüşmək, ABŞ-nin İsrailə qarşı sadiqliyini təsdiqləmək niyyətindədir.
“Təl-Əvivə endik. Yoav Qalant, İsrail Baş naziri Benyamin Netanyahu və hərbi kabinetlə görüşəcəyəm.
Görüşlər zamanı ABŞ-nin İsrailə qarşı sarsılmaz sadiqliyi bir daha təsdiqlənəcək, HƏMAS-ın məhv edilməsi ilə bağlı İsrail Müdafiə Qüvvələrinin əməliyyatları müzakirə ediləcək, mülki əhalinin zərərdən qorunması və Qəzza zolağına humanitar yardım axınının təmin edilməsinin vacibliyi vurğulanacaq”, – deyə paylaşımda qeyd edilib.
www.102info.az