“Roma” klubunun baş məşqçisi Joze Mourinyo İtaliya klubunda qalmaq istədiyini bildirib.
“Roma”da işləməyə davam etmək istəyirəm. “Roma”da qalsam, maliyyə feyr-pley məhdudiyyətlərimizi ciddi şəkildə düşünməli olacağıq, çünki daha gənc oyunçularla işləmək və onlara şans vermək daha yaxşı olardı”, – deyə planlarını açıqlayan Joze Mourinyo qeyd edib.
Qeyd edək ki, təcrübəli mütəxəssisin “Roma” ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Mənbə: Sky Sports
www.102info.az