Gürcüstanın müdafiə naziri: “İki ildən sonra Tbilisinin səması tam şəkildə qorunacaq”

Dünya


Gürcüstanın Müdafiə Nazirliyi iki ildən sonra Tbilisi səmasının Hava Hücumundan Müdafiə elementləri ilə tam mühafizəsini təmin edə biləcək.

Bu barədə ölkənin müdafiə naziri Cuanşer Burçuladze bildirib.

“Artıq başa çatmış satınalmalar nəticəsində iki ildən sonra Tbilisinin səması, o cümlədən strateji obyektlər, aeroportlar, hərbi bazalar və s. tamamilə müdafiə olunacaq. Bu, Gürcüstanda heç vaxt olmayıb, amma biz buna nail olacağıq”, – deyə o qeyd edib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir