Avropa İttifaqı bu gün Rusiyaya qarşı 12-ci sanksiyalar paketini təsdiq etməyə hazırdır.
Bu barədə Brüsseldəki mənbədən məlumat verilib.
Bildirilir ki, artıq 26 Avropa ölkəsi sənədi imzalayıb.
“Avropa İttifaqının 26 dövləti artıq yazılı prosedur vasitəsilə on ikinci sanksiyalar paketini təsdiqləyib. Bazar ertəsi Avstriya imzalanmış mövqeyi Aİ Şurasına ötürməlidir. Bazar ertəsi axşam və ya çərşənbə axşamı sənəd dərc oluna və qüvvəyə minə bilər”, – deyə diplomat qeyd edib.
Onun sözlərinə görə, bu paketə Rusiyadan almaz ixracına qadağa daxildir.
Qeyd edək ki, 12-ci sanksiyalar paketinin koordinasiyası təxminən altı aya yaxındır ki, davam edir. Bir neçə gün öncə Avstriya Aİ-nin bu sənədi qəbul etməsini əngəlləmişdi.
Mənbə: TASS
www.102info.az