“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruynenin evi qarət olunub.
Məlumata görə, naməlum şəxslər futbolçunun Belçikadakı evinə daxil olublar. Pilləkənlə ikinci mərtəbəyə qalxaraq bütün evi axtarıb, hər şeyi alt-üst ediblər.
Yarımmüdafiəçinin həyat yoldaşı Mişel Lakrua bildirib ki, daha çox qızıl-zinət əşyaları oğurlanıb.
Qeyd edək ki, istintaq aparılır. Polis hadisə yerinə gəlib, kameralarda və ətrafda əlavə araşdırmalar aparılacaq.
Prokurorluğun bəyanatında deyilir ki, soyğunçuların şəxsiyyəti hələ müəyyən edilməyib.
Mənbə: matchtv.ru
www.102info.az