İranda məcburi hicabla bağlı nəşrə görə qəzet redaktoru təqsirli bilindi – FOTO

Dünya


İranda çıxan “Şərq” qəzetinin redaktoru məcburi hicabla bağlı nəşrinə görə təqsirli bilinib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, oktyabrın 24-də sözügedən qəzetin keçirdiyi rəy sorğusunda əhalinin 84%-i qadınlara məcburi hicabın tətbiq edilməsinə qarşı çıxıb. Sorğu 12 min 300-dən çox insanın iştirakı ilə keçirilib. 

Nəşrdə insanların əksəriyyətinin məcburi hicaba, habelə “Hicab və İffət Qanunu” layihəsinə qarşı olduğunu göstərən sorğunun dərcindən sonra, qəzetin baş redaktoru Mehdi Rəhmanian siyasi və mətbuat cinayətlərində təqsirli bilinib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir