İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS üzvündən içərisində 1,36 milyon dollar nağd pul olan çamadanlar tapıb.
Bu barədə SAXAL-ın mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.
“Cəbaliyadakı əməliyyatlar zamanı SAXAL əsgərləri HƏMAS-ın yüksəkrütbəli terrorçusunun evində terror fəaliyyəti üçün nəzərdə tutulmuş 5 milyon şekel (1,3 milyon ABŞ dolları / 2,3 milyon manat) dəyərində pul aşkarlayıblar”, – deyə məlumatda vurğulanıb.
İsrail ordusunun rəsmiləri, həmçinin qeyd ediblər ki, pullar çoxlu silahla birlikdə çamadanlarda tapılıb.

www.102info.az