İranda hökumət rəsmisi məhkəmənin qərarına etiraz olaraq istefa verdi – FOTO

Dünya


İranın İnzibati Ədliyyə Məhkəməsinin dələduzluqda şübhəli bilinən könüllülərin təhsil sisteminə qaytarılması barəsində qərarından sonra Milli Təhsil Sisteminin Qiymətləndirilməsi Təşkilatının rəhbəri Əbdurrəsul Purabbas istefa verib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Verilən məlumata görə, dünən İranın İnzibati Ədalət Məhkəməsi iyul ayında tibb və mühəndislik ixtisasları üzrə imtahanın qaydalarını pozan min nəfər haqqında dələduzluqda şübhəli bilinən şəxslərin yenidən təhsil sisteminə qaytarılması qərarını elan edib.

Qeyd olunub ki, sözügedən təşkilatın sədri Əbdurrəsul Purabbas bu qərardan dərhal sonra istefa verib və bu məsuliyyəti öz üzərinə götürmək istəmədiyini bildirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir