Finlandiyanın Moskvadakı səfiri Antti Helantera Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Rusiya XİN məlumat yayıb.
Qeyd olunub ki, diplomatın Rusiya XİN-ə çağırılmasına səbəb ABŞ və Finlandiya arasında ötən gün imzalanan müdafiə sahəsində əməkdaşlıq sazişidir.
“Rusiya Federasiyası Finlandiya və NATO-nun aqressiv qərarlarına qarşı tədbirlər görəcək”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Mənbə: Mid.ru
www.102info.az