Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəlib – YENİLƏNİB + FOTO

Dünya


Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib.

Bu barədə o “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Kədəri kədəimiz, sevinci sevincimiz olan, daim iki dövlət bir millət olan qardaş ölkə Azərbaycandayıq. Səfər proqramı çərçivəsində Türkiyə Yüzilliyi Əməkdaşlıq və Həmrəylik Platformasının təşkil etdiyi “İş Dünyası Görüşü” proqramında iştirak edəcəyik. Sabah səhər Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşəcəyik. Sonra Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və Bakı Türk Şəhidləri məzarlığını ziyarət edəcəyik. Daha sonra Azərbaycanın Baş naziri Əli Əsədov və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcəyik. Daha sonra Türkiyə Cümhuriyyətinin Bakı səfirliyinə baş çəkərək proqramımızı tamamlayacağıq. Ürək körpülərimizin möhkəm təməllər üzərində möhkəm bağlarla qurulduğu sarsılmaz Türkiyə-Azərbaycan qardaşlığı əbədi olaraq davam edəcəkdir”, – deyə C.Yılmaz qeyd edib.

12:20

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dekabrın 19-20-də Azərbaycanda səfərdə olacaq.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

C.Yılmazın səfər çərçivəsində bir sıra görüşlər keçirməsi gözlənilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir