Şərqi Azərbaycanın Kəleybər və Xudafərin şəhərlərini İran parlamentində təmsil edən Hüseyn Hatəmi Xudafərin şəhərinin başçısı ilə İran-Azərbaycan sərhədində Ağbənd avtomobil yolu və körpüsünün tikinti işlərinin gedişatı ilə tanış olmaq üçün bölgəyə səfər edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Qeyd olunur ki, İran-Azərbaycan sərhədində avtomobil körpüsünün tikintisi ilə yanaşı, dəmir yolu xəttinin çəkilməsi də razılaşdırılıb və hazırda bu istiqamətdə işlər davam edir.
www.102info.az