Ukrayna prezidentini qadın təmsil edəcək – FOTO

Dünya


Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya yeni nümayəndəsini təyin edib.

Bu, deputat Qalina Mixaylyukdur.

Müvafiq məlumat Ukrayna Prezidenti Ofisinin saytında dərc edilmiş 823 saylı fərmanda əks olunub.

Qalina Mixaylyuk 1987-ci ildə Kiyevdə anadan olub. Odessa Dövlət İqtisad Universitetini Bank işi ixtisası üzrə bitirib. Həmçinin, “Odessa Hüquq Akademiyası” Milli Universitetinin Mülki hüquq fakültəsində aspirantura təhsili alıb. Eyni zamanda, Böyük Britaniyanın York Universitetində beynəlxalq korporativ və kommersiya hüququ üzrə təhsil alıb.

2019-cu ildən Ali Radanın Hüquq-mühafizə məsələləri komitəsinin sədr müavinidir.

Mənbə: RBC-Ukrayna

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir