Trampdan seçkiqabağı açıqlama: “Uşaqları məktəbə aparmaq üçün zirehli texnika tələb olunur”

Dünya


“Məktəblilər yüksək cinayət göstəriciləri səbəbindən məktəbə özləri təhlükəsiz şəkildə gedə bilmirlər”.

Bu sözləri ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ayova ştatında tərəfdarları qarşısındakı mitinqdə çıxışı zamanı deyib.

“Təhlükəsizlik bərpa olunacaq, uşaqlar döyülmədən, təzyiqə məruz qalmadan və güllələnmədən ana və ataları ilə parklarda gəzib oynaya biləcəklər. Şagirdlər bir vaxtlar olduğu kimi, məktəbə piyada gedə biləcəklər. İndi onları məktəbə aparmaq üçün zirehli maşınlar lazımdır”, – deyə Tramp qeyd edib.

O, söz verib ki, 2024-cü il seçkilərində qalib gəlsə, ABŞ şəhərlərində cinayəti “ağlagəlməz həddə” azaldacaq.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir