Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Ukraynanın bütün şimal və qərb vilayətləri yenidən dron hücumlarına məruz qalıb:
“İran istehsalı olan dronlardan ibarət hava hücumları son bir ayda hər gecə Ukraynanın səmalarını müşayiət edir. Eyni zamanda cənub vilayətlərdə də ağır döyüşlər davam edir. Ümumiyyətlə, bir ildir cəbhə xəttində dəyişməyən bu vəziyyət hər keçən gün daha çox insan itkisinə səbəb olur”.
M.Aslanov Prezident Volodimir Zelenskinin ilin yekunlarına dair brifinqindən də bəhs edib. Bildirib ki, Prezidentin brifinqdə jurnalistlərin verdiyi suallardan yayınması Ukraynada etirazlara səbəb olub:
“V.Zelenski brifinqdə bir daha bəyan etdi ki, Rusiya ilə danışıqlara getməyəcək. Digər variantda isə həll yolu yoxdur. Ərazilər azad edilmir. Qərbdən silah gəlmir. Jurnalistlər dərhal sual verdilər ki, bəs nəticə necə olacaq? O, bu suallardan yayındı, heç birinə cavab vermədi. Bu isə sosial şəbəkələrdə çox ciddi etiraz dalğasına səbəb oldu”.
Ətraflı Baku TV-nin süjetində:
www.102info.az