Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə bütün ölkə boyu hava həyəcan siqnalı verilib:
“Gecədən səhərə qədər Kiyevdə və qonşu vilayətlərdə hər iki saatdan bir həyəcan siqnalı verilib. Xerson və Dnepropetrovsk vilayəti Rusiya Ordusu tərəfindən güclü hava hücumuna məruz qalıb”.
Məlumata görə, Xersona edilən artilleriya hücumları nəticəsində şəhərin mərkəzində dağıntılar olub.
“Xerson müharibənin əvvəlindən cəbhə bölgəsidir. Orada əsas bazarlar dağılıb. Küçələrdə xüsusi bazarlar fəaliyyət göstərir. Şəhərdə həmyerlilərimizə məxsus bazar da darmadağın olub. Xoşbəxtlikdən hücum gecə baş verdiyi üçün bazarda heç kim olmayıb”, – jurnalist əlavə edib.
www.102info.az