Fransanın ali təhsil və tədqiqatlar naziri Silvi Retayo yeni miqrasiya qanununa etiraz olaraq istefa verib.
Lakin respublika prezidenti Emmanuel Makron onun tələbini rədd edib.
Nazir xüsusilə Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn əcnəbi tələbələrdən zəmanət girovu tələb edilməsinə qarşı çıxıb. Bu girov onlara yalnız təhsillərini başa vurduqdan sonra vətənlərinə geri döndükləri halda qaytarılacaq. Makron Retayonu əmin edib ki, bu tələb yenidən nəzərdən keçiriləcək.
Buna baxmayaraq, təklif olunan tələbi ayrı-seçkilik hesab edən məmur Fransanın baş naziri Elizabet Bornun Milad bayramları münasibətilə təşkil etdiyi ziyafətdə iştirakdan imtina edib.
Qeyd edək ki, ötən gün respublikanın səhiyyə naziri Orelyen Russo da yeni qanundan narazı qalaraq istefa verib.
Xatırladaq ki, dekabrın 19-da Fransanın Milli Assambleyası (parlamentin aşağı palatası) miqrasiyanın sadələşdirilməsi və əcnəbilərin inteqrasiyasının yaxşılaşdırılması üçün qanun qəbul edib. Bu akt ailə birləşməsi prosedurunu çətinləşdirir, dövlət sosial yardımının alınması şərtlərini sərtləşdirir, həmçinin illik miqrasiya kvotasını nəzərdə tutur.
Mənbə: TASS
www.102info.az