Azərbaycanla sərhədlərin delimitasiyası məsələsinə ayrıca baxılması variantının müzakirəsi tərəflər sülh müqaviləsini imzaladıqdan sonra mümkündür.
Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
Onun sözlərinə görə, əgər ölkələr həqiqətən də cəmiyyətlərini sülhə hazırlayırlarsa və normallaşmada maraqlıdırlarsa, o zaman sərhəd məsələsinin sonraya saxlanması ssenarisi kifayət qədər məqbuldur.
“Eyni zamanda, təbii ki, sülh sazişi yeni müharibədən sığortalaya bilməz, ona görə də ilk növbədə siyasi iradə lazımdır”, – deyə spiker əlavə edib.
Mənbə: Sputnik Ermənistan
www.102info.az