Azərbaycan səfirlikləri Vyetnam, Kamboca, Laos, Malayziya, Tailand, Myanma və Bruneydə yaşayan Azərbaycan vətəndaşlarına müraciət ediblər.
Azərbaycanın Vyetnamdakı səfirliyi 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı Vyetnam, Kamboca və Laosda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarına çağırış edib.
Səfirliyin “X” hesabındakı paylaşımda bildirilib ki, bu seçki ərazi bütövlüyü təmin edildikdən və ölkə ərazisi üzrə suverenlik tam bərpa olunduqdan sonra ilk seçki olaraq tarixə yazılacaq:
“Tariximizin belə șərəfli dönəmində seçkidə iştirak etmək üçün səfirlik Azərbaycan vətəndaşlarına lazımi şəraitin yaradılmasına hazırdır. Bu məqsədlə prezident seçkisində iştirak etmək istəyən Vyetnam, Kamboca və Laosda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə dekabrın 29-dək Azərbaycanın Vyetnamdakı səfirliyinə müraciət etmələri xahiş olunur.
Telefon: 024 3737 90 11/12
Elektron poçt: [email protected]
Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və yaşadığı ünvan barədə məlumatın da göstərilməsi xahiş olunur.
Eyni zamanda, bu tarixi hadisə münasibətilə fevralın 7-də səfirlikdə tədbirin keçirilməsi də nəzərdə tutulur”.
Bundan başqa, Azərbaycanın Malayziyadakı səfirliyi də Malayziya, Tailand Krallığı, Myanma İttifaqı Respublikası və Bruney Darüssalamda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarına çağırış edib.
Vurğulanıb ki, prezident seçkisində iştirak etmək istəyən Malayziya, Tailand Krallığı, Myanma İttifaqı Respublikası və Bruney Darüssalamda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli xarici ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə dekabrın 29-dək Azərbaycanın Malayziyadakı səfirliyinə müraciət etmələri xahiş olunur.
Telefon: 603-42526800 / 603-4253 4800
Elektron poçt: [email protected]
www.102info.az