Futbol üzrə İtaliya A Seriyasının XVII turunun “Salernitana” və “Milan”ın qarşılaşdığı matç başa çatıb.
Komandalar Salernodakı (İtaliya) “Areçi” stadionunda qarşılaşıblar. Qarşılaşmanı Daniele Doverinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Yekun nəticə 2:2-dir.
“Milan”ın müdafiəçisi Fikayo Tomori 17-ci dəqiqədə hesabı açıb. Birinci hissənin sonunda müdafiəçi Federiko Fazio (42-ci dəqiqə) Salernitananın cavab qolunu vurub. Ona Antonio Candreva köməklik edib. 63-cü dəqiqədə Antonio Kandreva Qriqoris Kastanosun ötürməsi ilə meydan sahiblərini hesabda irəli çıxarıb. “Milan” oyunun 90+1-ci dəqiqəsində hücumçu Luka Yoviçin qolu sayəsində məğlubiyyətdən yaxa qurtara bilib.
Beləliklə, “Milan” 2023/2024 mövsümü üçün İtaliya A Seriyasının turnir cədvəlində üçüncü yeri tutur. Komanda 17 oyundan sonra 33 xal toplayıb. “Salernitana” doqquz xal toplayaraq sonuncu, 20-ci yerdədir. İtaliya çempionatının turnir cədvəlinə “İnter Milan” başçılıq edir (41).
Paralel görüşdə “Fiorentina”nın səfərdə “Monza”ya qalib gəldiyi qeyd olunur – 1:0. Yeganə qolu yeddinci dəqiqədə Lukas Beltran vurub.
“Fiorentina” 30 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. 21 xalı olan FC “Monza” isə 11-ci yerdədir.
www.102info.az