Rusiyada hərbi məktəbin kursantları bir-birlərinə atəş açdı – VİDEO

Dünya


Rusiyanın Krasnoyarsk şəhərində hərbi məktəblərin birində dəhşətli görüntrülər yayılıb. Belə ki, kadrların birində yeniyetmələrdən biri digərinə pnevmatik tapança ilə atəş açır.

Yerli Təhsil Nazirliyi bununla bağlı araşdırmalara başlayıb.

Məlumata görə, görüntülər sentyabrda çəkilsə də, hadisə barədə bu gün məlum olub.

Xəsarət alan tələbələrin valideynlərinin maraqlarını müdafiə edən vəkilin sözlərinə görə, atəş açan uşaq məktəbdən qovulub.

Hüquq müdafiəçisi həmçinin videoda əks olunan bütün kursantların müəssisə rəhbərliyinin daimi təzyiqinə məruz qaldığını iddia edib.

Mənbə: “Podyom” “Telegram” kanalı

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir