Rusiyanın Xakasiya bölgəsinin Ust-Abakan kəndində attraksionun uçması nəticəsində yeddi uşaq xəsarət alıb.
Bu barədə Ust-Abakan vilayətinin rəhbəri Yelena Yeqorova məlumat verib.
“2013 və 2014-cü il təvəllüdlü iki nəfər sınıq diaqnozu ilə respublika xəstəxanasına çatdırılıb. Beş nəfər təcili yardıma aparılıb”, – deyə o, yeddi uşaqdan başqa heç kimin xəsarət almadığını açıqlayıb.
Yeqorova aydınlaşdırıb ki, hadisə baş verən zaman sürüşkəndə on nəfərə yaxın adam olub.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.
Mənbə: life..ru
www.102info.az