İlk yayım gününün nəticələrinə əsasən, “Aquaman and the Lost Kingdom” filmi ABŞ-də cəmi 13,7 milyon dollar qazanıb.
Ceyson Momoanın baş rolda çəkildiyi ekran əsərinin öz ölkəsində ilk həftəsonu üçün təxminən 40-45 milyon dollar qazanacağı proqnozlaşdırılır ki, bu da DC film kainatı üçün ən pis nəticələrdən biri ola bilər.
Hətta tamaşaçıların kinoteatrları tərk etdikdən sonra ona kifayət qədər neytral B qiyməti verdiyini nəzərə alsaq, film ABŞ-də tam uğursuz ola bilər.
Qeyd edək ki, orijinal “Aquaman” “Warner Bros” üçün böyük uğur sayılır. Film 1,15 milyard dollar toplayıb. Lakin bu dəfə vəziyyət çox güman ki, təkrarlanmayacaq.
Mənbə: championat.com
www.102info.az