Bu gün Türkiyə Superliqasında XVIII turun mərkəzi oyunu keçiriləcək.
Oxu.Az xəbər verir ki, İstanbul derbisində “Fənərbağça” “Qalatasaray”ı qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Matçı baş hakim Arda Kardeşlər idarə edəcək.
Hazırda 43 xala malik komandalar turnir cədvəlində 1-2-ci yerləri bölüşürlər. “Fənərbağça” yalnız top fərqinə görə ilk sırada qərarlaşıb.
Qeyd edək ki, bu, tərəflərin Superliqada 133-cü dueli olacaq. İndiyədək derbilərin tarixində 52 dəfə hazırkı meydan sahibləri, 37 dəfə isə “sarı-qırmızılar” qələbə qazanıb. Digər görüşlərdə isə heç-heçə qeydə alınıb.
www.102info.az