Moldova Prezidenti Maya Sandu 2024-cü ildə respublikanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı ümumxalq referendumunun keçirilməsi təşəbbüsü ilə çıxış edəcəyini açıqlayıb.
“Ən vacibi Moldovanın bütün ailələri və uşaqları üçün sülh və daha yaxşı gələcək təmin etməkdir. Yalnız Aİ-yə üzvlük bizim üçün belə bir gələcəyə təminat verə bilər. Mən parlamentdən xahiş edirəm gələn payızda vətəndaşların səsinin həlledici olacağı referendumun təşkilinə təşəbbüs göstərsin”, – Sandu bildirib.
Qeyd edək ki, dekabrın əvvəlində Avropa Şurası Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq qərarına gəlib. Üzvlük danışıqları ölkənin Aİ-yə qəbulu üçün konkret vaxt çərçivəsi təyin etmir, onlar istənilən müddət ərzində davam edə bilər. Məsələn, Türkiyənin qəbulu ilə bağlı danışıqlar 2005-ci ildə başlayıb və yaxın gələcəkdə onların başa çatması perspektivi yoxdur.
Sandu bildirib ki, Moldova 2030-cu ilə qədər Aİ-yə daxil olmaq üzrə danışıqları başa çatdırmağa hazırlaşır.
Mənbə: TASS
www.102info.az