“Napoli”nin klub avtobusu baş məşqçini qoyub getdi: Valter Massari taksi ilə qayıtmalı oldu

Dünya


“Napoli” klubunun baş məşqçisi Valter Massari “Roma” ilə səfər oyunundan Neapola taksi ilə qayıtmağa məcbur olub.

Massari oyundan sonrakı müsahibəni çox gözləməli olub və baş məşqçi olmadan yola düşüb. O, Romadan Neapola 220 km-lik yolu taksi ilə getməyə məcbur olub.

Qeyd edək ki, “Roma” oyunda 2:0 hesabı ilə qalib gəlib.

İtaliya çempionatının turnir cədvəlində “Roma” 28 xalla altıncı, “Napoli” 27 xalla 7-ci yerdədir. İlk pillədə 44 xalla Milan “İnter”i qərarlaşıb. Turin “Yuventus”u “İnter”dən 4 xal geri qalır. İlk üçlüyü isə 33 xalla “Milan” tamamlayır.

Növbəti mərhələdə “Roma” “Yuventus”la, “Napoli” “Monsey” ilə qarşılaşacaq.

Mənbə: “La Republica”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir