Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiyada yenidən qiyabi həbs olunub.
Bu barədə Moskvanın Basmannıy məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
O, 104 terror aktında iştirakda ittiham olunur.
“Moskvanın Basmannıy rayon məhkəməsinin qərarı ilə Kirill Alekseyeviç Budanov barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müddət onun Rusiya ərazisinə ekstradisiya edildiyi andan və ya Rusiya ərazisində saxlandığı andan hesablanır”, – deyə məlumatda əlavə edilib.
Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi bu il dekabrın 14-də K.Budanovu axtarışa verib.
Mənbə: TASS
www.102info.az