“Fələstinin HƏMAS hərəkatı İsrail Qəzzada hərbi əməliyyatları dayandırmayana qədər girovların azad edilməsi üzrə danışıqlarda iştirak etməyəcək”.
Bu sözləri HƏMAS-ın xarici əlaqələr şöbəsinin rəhbəri Əli Barakaya deyib.
HƏMAS-ın Livandakı nümayəndəsinin sözlərinə görə, girovların azad edilməsi ilə bağlı bir neçə təklif irəli sürülüb, lakin ilk növbədə İsrail Qəzza zolağında əməliyyatları dayandırmalıdır.
“HƏMAS son bir-iki həftə ərzində hər hansı atəşkəs təklifini rədd edib və bu məsələdə bütün müqavimət qruplarının mövqeyi birdir: əməliyyat dayandırılmalı, nəzarət-buraxılış məntəqələri açılmalı və yaralılar çıxarılmalıdır”, – deyə o əlavə edib.
Mənbə: “Yedioth Ahronoth”
www.102info.az