Lukaşenko: “Biz Ermənistanı itirə bilərik”

Dünya


“Ermənistan iqtisadi cəhətdən ölmək istəyirsə, biz onu itirə bilərik”.

Bunu Avrasiya İqtisadi İttifaqının (Aİİ) Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammitinə qatılan Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

“Amma düşünmürəm ki, ermənilər axmaq insanlardır” – deyə Lukaşenko əlavə edib.

O, həmçinin vaxtilə Ermənistanın baş naziri Nikol Paşinyanla söhbətində sonuncunun hərbi-siyasi ittifaq olan KTMT-dən incidiyini, lakin iqtisadi birlik olan Aİİ-nin fəaliyyətindən narazı olmadığını vurğulayıb.

Mənbə: Belta

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir