ABŞ-də COVID-19-un yeni ştammına yoluxma halları artır

Dünya


ABŞ-də yeni “JN.1” ştammına yoluxma nisbətləri iki həftə ərzində artıb. Həmçinin, ölkədə yoluxanların faizi iki dəfə artıb.

Qeyd olunub ki, “JN.1” ştammı ABŞ vətəndaşlarının peyvənd sahəsində fəallığının azalması şəraitində qeydə alınan 44%-dən çox yoluxma hallarında müəyyən edilib. “JN.1”in “Omikron” ştammının yarımnövü olduğu aydınlaşdırılır.

“Ölüm və xəstəxanaya yerləşdirmə nisbətləri (“JN. 1” üçün) “Delta” dalğası zamanı müşahidə etdiyimiz partlayıcı templər deyil, lakin biz mütləq artımı görürük”, – deyə məqalənin müəllifləri Ohayo Dövlət Universitetinin “Veksner” Tibb Mərkəzinin yoluxucu xəstəliklər kafedrasının dosenti Karlos Malvestuttoya istinadən bildiriblər.

O, həmçinin ABŞ-də yenilənmiş COVID-19 peyvəndlərinin tətbiqi səviyyəsinin aşağı düşdüyünü vurğulayıb. “CVS” və “Walgreens Boots” da daxil olmaqla, ABŞ-nin böyük aptek şəbəkələri tələbat səviyyəsini artırmağa çalışırlar.

Mənbə: Financial Times

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir