Türkiyənin şərq və cənub-şərqində 1 745 yaşayış məntəqəsinə nəqliyyatın hərəkəti məhdudlaşıb.
İki gün qar yağıb, hündürlüklərdə qar örtüyünün qalınlığı bir metrə çatıb.
Ən çox zərər çəkən bölgə Ərzurumda mindən çox kənd yolu bağlanıb. Həmçinin Ərdahanda 57, Qarsda 64 və Tuncelidə 76 kənd yolu bağlanıb. İstanbul ətrafında 451 yol bağlanıb.
Çaldıran-Doğubeyazit yolunun Tendürek ərazisində çox sayda avtomobil ilişib qalıb. Könüllülər sürücülərə yemək paylayırlar.
Mənbə: Anadolu Ajansı
www.102info.az