Altı yaşlı uşaq aviaşirkətin səhvi səbəbindən başqa şəhərə uçub

Dünya


ABŞ-nin “Spirit Airlines” aviaşirkəti səhvən altı yaşlı sərnişini başqa şəhərə göndərib.

Məlumata görə, altı yaşlı uşaq Fort-Mayers şəhərinə nənəsinin yanına uçmalı imiş. Şirkətdən onun üçün azyaşlı olduğuna görə müşayiətçi də sifariş olunub. Aeroportda uşağı həmin müşayiətçiyə təhvil veriblər.

Fort-Mayersdə isə nəvəsini qarşılamağa gələn nənəyə uşağın təyyarədə olmadığı bildirilib. Daha sonra məlum olub ki, aviaşirkətin əməkdaşının səhvi ucbatından uşaq başqa təyyarəyə mindirilib.

Qeyd edək ki, uşaq Fort-Mayers əvəzinə Orlando şəhərinə göndərilib. Nənə nəvəsini oradan götürməli olub.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir