Qazaxıstanın qərbindəki Cənubi Karaturun yatağında iyun ayında başlayan yanğın söndürülüb.
Bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
“Mangistau vilayətində “Buzachi Neft” MMC tərəfindən qazılan Cənubi Karaturun yatağında 2023-cü il dekabrın 25-də quyuda altı aydan çox davam edən yanğın söndürülüb”, – deyə mərkəzin açıqlamasında bildirilir.
Qeyd olunur ki, yanğının söndürülməsi üçün mütəxəssislər qəza quyuları qazıblar, sonradan quyulara qapadıcı məhlul vurulub.
Xatırladaq ki, yanğın iyunun 9-da quyu qazarkən başlayıb. Alovun hündürlüyü 10 metrə çatıb. Yerli ekoloqlar dəfələrlə yanğın probleminə diqqət çəkiblər. Ekofəalların hesablamalarına görə, quyuda yanma prosesi ətraf mühiti zəhərləyən metan qazının yayılmasına səbəb olub.
Mənbə: TASS
www.102info.az