Türkiyəli futbolçu Eren Sami Dinkçi Almaniya Bundesliqasında yüksək performans göstərib və saatda 36,41 kilometr orta sürətlə çempionatın ilk yarısının ən sürətli futbolçusu olub.
22 yaşındakı Eren Sami Dinkçi Almaniya Bundesliqa komandalarından olan “Haydenhaym”da çıxış edir. O, göstərdiyi sürətlə Alfonso Davies, Ceremi Frimponq, Leroy Sane kimi bir çox dünya ulduzlarını geridə qoymağı bacarıb.
Eyni zamanda, Almaniya Bundesliqasının yeni komandalarından olan “Haydenhaym” çıxışı ilə hər kəsin rəğbətini qazanıb.


Mənbə: Haber Global
www.102info.az