Yunanıstanın “Panatinaikos” klubu baş məşqçi vəzifəsinə Fatih Terimin təyin edildiyini açıqlayıb.
Açıqlamada müqavilə müddəti ilə bağlı məlumat verilməsə də, təcrübəli məşqçinin karyerası və qazandığı nailiyyətlər qeyd olunub.
Qeyd edək ki, Terim komandanın sükanı arxasında İvan Yovanoviçi əvəz edib.
New chapter!
Welcome to Panathinaikos @fatihterim 🟢⚪️#Panathinaikos #PAOFC pic.twitter.com/F8HWmQUdri— Panathinaikos F.C. (@paofc_) December 26, 2023
15:48
Türkiyə millisinin və “Qalatasaray” klubunun sabiq baş məşqçisi Fatih Terim karyerasını Yunanıstanda davam etdirə bilər.
Bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu özünün rəsmi “X” hesabında bildirib.
Onun sözlərinə görə, təcrübəli mütəxəssis “Panatinaikos”la anlaşmağa çox yaxındır.
Qeyd edək ki, Fatih Terim son olaraq 2017-2022-ci illərdə “Qalatasaray”ın “sükanı arxasında” olub.
ÖZEL | Panathinaikos, Teknik Direktör Fatih Terim ile anlaşmak üzere!
— Yağız Sabuncuoğlu (@yagosabuncuoglu) December 26, 2023
www.102info.az