Məşhur rusiyalı sənətçi Lolitaya çılpaq toplantıdan sonra cəza veriləcək: “Dözməyə çalışacağam…”

Dünya


Məşhur rusiyalı sənətçi Lolita Milyavskaya, bloqer Anastasiya İvleyevanın təşkil etdiyi “çılpaq gecədə” iştirakından sonra televiziya verilişlərindən kənarlaşdırılmasını təbii hal kimi qəbul edib.

Bu barədə o, RBC nəşrinə müsahibəsində danışıb.

“Mən bununla bağlı heç nə edə bilmirəm, sadəcə təbii şəkildə bununla razılaşa bilərəm. Mən buna görə kədərləndim, təzyiqim də qalxdı. Dözməyə çalışacağam”, – deyə Milyavskaya bildirib. Məlumata görə, Rusiya telekanalları Lolitanın və müzakirəsi gedən şənliyin digər iştirakçılarının çıxışlarının efirdən çıxarılmasını nəzərdən keçirir. Tədbirdən çəkilən foto və videomateriallar ictimai rezonansa səbəb olub.

Nəşrin həmsöhbətlərindən biri qeyd edib ki, çox güman, üzrxahlıq videosunu çəkən sənətçilər verilişlərdə arxa planda qalacaqlar, lakin onların səhnədəki çıxışları həqiqətən sual altındadır.

Xatırladaq ki, dekabrın 21-nə keçən gecə “Mutabor”da televiziya aparıcısı Anastasiya İvleyeva qonaqlıq təşkil edib və qonaqlara “praktiki olaraq çılpaq” gəlmələri təklif olunub. İvleyevanın şənliyi internetdə narazılığa səbəb olub. Dövlət Dumasının deputatı Mariya Butina bildirib ki, yoxlama aparılması və şənliyə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi, “Roskomnadzor” və Mədəniyyət Nazirliyinə müraciət edib. Dumanın İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksandr Xinşteyn qeyd edib ki, “Roskomnadzor” İvleyevanın internetdə yerləşdirdiyi “çılpaq şənliyin” bəzi materiallarında LGBT təbliğatının əlamətlərini görür. Deputat onu da qeyd edib ki, tənzimləyici artıq bu məzmunda paylaşımları silməyə və bloklamağa başlayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir