Polşanın Mədəniyyət Nazirliyi büdcədən maliyyələşmənin dayandırılması ilə əlaqədar dövlət mediasını – Polşa Televiziyasını, Polşa Radiosunu və Polşa Mətbuat Agentliyini ləğv edir.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, dekabrın 27-də Polşa Prezidenti Anjey Duda yeni hakim koalisiyanın 2024-cü ildə dövlət mediasının maliyyələşdirilməsinə 3 milyard zloti (təxminən 770 milyon dollar) ayırmağı nəzərdə tutan qanun layihəsinə veto qoyub. Sənədə veto qoyulması qərarını şərh edən Duda bildirib ki, dövlət mediasına pul ayırmazdan əvvəl onlar “ədalətlə və qanuni şəkildə bərpa edilməlidir”.
Xatırladaq ki, Polşanın yeni hökuməti dövlət mediasının rəhbərliyini “qərəzlilik və təbliğata” görə işdən çıxarıb.
Mənbə: currenttime.tv
www.102info.az