Pakistan Silahlı Qüvvələri yerli “Fatah II” mənzili uzadılmış reaktiv yaylım atəşi sistemini (RYAS) uğurla sınaqdan keçirib.
Sistemin idarə olunan raketləri inersial-peyk yönləndirmə sistemi ilə təchiz edilib və 400 km-ə qədər məsafədə yüksək dəqiqliklə hədəfləri vurmaq qabiliyyətinə malikdir.
Məlumata görə, “Fatah” RYAS Pakistanın “Global Industrial & Defence Solutions” (GIDS) müdafiə şirkəti tərəfindən istehsal olunub. O, ABŞ-nin HIMARS (High Mobility Artillery Rocket System) sisteminin analoqu hesab olunur.
Xatırladaq ki, 150 km-ə qədər uçuş məsafəsi olan “Fatah I” RYAS ilk dəfə Pakistanda 2021-ci ilin avqustunda sınaqdan keçirilib.
Mənbə: TASS
www.102info.az