Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Çin münasibətlərini şərh edib.
Oxu.Az bildirir ki, nazir 2023-cü ilin yekunlarına dair mətbuat konfransında bu barədə danışıb. Nazir qeyd edib ki, Azərbaycanla Çin arasında münasibətlər və əlaqələr yüksək səviyyədədir.
Ceyhun Bayramov deyib ki, Çinin Cənubi Qafqaz bölgəsinə artan marağı müşahidə edilir:
“Son müddət ərzində münasibətlərdəki yüksək dinamika bizi sevindirir”.
Nazir bildirib ki, növbəti ildə Azərbaycan və Çin münasibətlərinin daha da genişlənməsinin şahidi olacağıq.
www.102info.az